Search
  • Admin

AOC CEORLHNS-in tam hüquqlu üzvü seçildi

28.06 - 04.07.2019-cu il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən Avropa Qulaq-burun-boğaz və Baş-boyun Cərrahlığı Konfederasiyasının (CEORLHNS) konqresində ölkəmiz daha bir uğura imza atmışdır. CEORLHNS-ın Baş Asambleyasının iclasında Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin Avropa Qulaq-burun-boğaz və Baş-boyun Cərrahlığı Konfederasiyasının tam hüquqlu üzvlüyü məsələsi müzakirə olunmuşdur. AOC təmsilçisi, idarə heyətinin üzvü Dos.Dr. Ramil Həşimli ölkəmizin coğrafi mövqeyi, Azərbaycan otorinolarinqologiyasının tarixi və cəmiyyət haqda iştirakçılara məlumat vermişdir. Sonra səsvermə keçirilmiş və tam səs çoxluğu ilə Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Avropa Qulaq-burun-boğaz və Baş-boyun Cərrahlığı Konfederasiyasının tam hüquqlu üzvü seçilmişdir. Konqresdə təbriklərlə çıxış edən Avropanın tanınmış otorinolarinqoloqları bu hadisənin Azərbaycan üçün xeyirli olacagına əmin olduqlarını qeyd etmişlər.

Bu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri, Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov başda olmaqla cəmiyyət üzvlərinin apardığı gərgin əməyin nəticəsidir.





11 views