10-12 Aprel 2020

Boulevard Hotel Baku 

 

Hörmətli məsləkdaşlarımız! 

  10-12 aprel 2020-ci il tarixlərində Bakıda  Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin (AOC) 1-ci konqresi keçiriləcəkdir. 

   Müasir dövrümüzdə sürətlə inkişaf edən tibb elmi, texniki tərəqqinin da təqibi ilə hər keçən zaman dilimində daha yeni üfüqlərə yol alır. İxtisasımız olan Otorinolarinqologiya elmi də bu inkişafda öz yerini almaqdadır. Yeniliklərin paylaşılması, müzakirəsi, öyrədilməsi böyük önəm kəsb etməkdədir ki, bunda da keçirilən elmi tədbirlərin rolu danılmaz və əvəzedilməzdir. Bu məqsədlə planlaşdırılan konqresimiz Azərbaycan otorinolarinqologiyası tarixində keçiriləcək ən böyük elmi tədbir kimi tarixə düşəcək, həkimlərimizin elmi-praktik biliklərinin artırılmasında geniş rol oynayacaqdır.

   Konqres sırasında eyni zamanda “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin də 1-ci konqresi keçiriləcək. Bu da bizlərə müxtəlif dost ölkələrdən olan həmkarlarımızla tanışma, bilgi alış-verişində olma, yeni dostluqlar qazanma, elmi-praktik vərdişlərimizi bölüşmə imkanı verəcəkdir. 

   Konqresimizə dəvət edilmiş ABŞ, Avropa, Türkiyə, RF və digər ölkələrdən olan alimlərin mühazirələri bu elmi festivalımıza rəng qatacağı qənaətindəyik. Bununla yanaşı əsas arzumuz yerli mütəxəssislərimizin elmi proqramda aktiv iştirak etmələri, məruzəçilərin böyük əksəriyyətinin vətən otorinolarinqoloqlarından ibarət olmalarıdır. 

   Əziz həmkarlar! Sizləri bu böyük və tarixi elmi tədbirdə aktiv iştirak etməyə dəvət edir, hamılıqla bu tədbirdə görüşmək ümidimizi ərz edirik!

 

AOC və CASOS 1-ci konqresi sədr:     Prof.Dr. Nazim Hüseynov              
AOC və CASOS konqresi katibi:           Dos.Dr. Ramil Həşimli

 

Xagani Rüstəmov Küç 4C

Bakı

 
 
 

          Konqres tarixi və yeri

Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin (AOC) 1-ci konqresi 10-12 aprel 2020-ci il tarixlərində Bakıda Boulevard Oteldə  keçiriləcəkdir.

  

           Konqres Dili

Kongresin rəsmi dili Azərbaycanca və İngiliscədir. Konqres müddətində elmi proqram əsnasında zallarda məruzələrin Azərbaycan dilindən İngilis dilinə və əksinə sinxron tərcüməsi icra ediləcəkdir. Tələbata uyğun olaraq Rusa-İngiliscə-Rusca tərcümə aparılma variantı üzərində də durulur (CWAOS konqresi ilə əlaqəli olaraq).

 

          Qeydiyyat və konsultasiya masası

Konqres mərkəzində - Boulevard Oteldə Qeydiyyat və konsultasiya masası

10 aprel 2020 tarixindəndə saat 12.00-dan etibarən çalışmağa başlayacaqdır. Bu masalar konqres boyunca açıq qalacaqdır.

 

           Sinə nişanı (Beyc)

Bütün iştirakçılara sinə nişanları (beyc) veriləcəkdir. Bunların bütün konqres boyunca iştirakçılar tərəfindən taxılmaları məcburidir.

           İştirak sertifikatı

Bütün iştirakçılar iştirak sertifikatını 12 aprel 2020 tarixində saat 12:00-dan etibarən  Qeydiyyat və konsultasiya masalarından ala biləcəklər. Sertifikatlarda iştirakçının əldə etdiyi davamlı tibbi təhsil balı yazılmış olacaqdır.

 

            Akkreditasiya

Konqres Azərbaycan Səhiyyə Nazirliyi Akkreditasiya Komissiyası tərəfindən akkreditə ediləcəkdir.

 

           İzin məktubu

Konqresdə iştirak etmək məqsədilə iş yerlərinə verilmək üçün tələb olunan dəvət məktubu Konqres Katibliyi vasitəsilə tələb edən iştirakçılara göndəriləcəkdir. Bu növ dəvət yazıları sadəcə izin məqsədilə istifadə edilə bilər

 

            Transfer Xidmətləri

10 – 12 aprel 2020 tarixləri arasındakı transferlərini MEDVOYAGE şirkətinə bildirmiş olan bütün iştirakçıların transferləri gediş – dönüş (hava limanı – otel – hava limanı)icra olunacaqdır. İki tərəfli transfer haqqı 1 nəfər üçün 40$-dır. Qrup transfer qiyməti ( 7 nəfər üçün) 112$-dır. Özəl transferlər üçün lütfən MEDVOYAGE ilə əlaqə qurun. Təyyarə səfər dəyişikliklərinizi yazılı olaraq 48 saat öncədən bildirməniz zamanı transfer dəyişikliyiniz diqqətə alınacaqdır.

 

              Ləğv etmələr

İştirakdan imtina 20 fevral 2020 tarixinə qədər bildirlərsə qeydiyyat haqqının 50%-i geri ödəniləcəkdir. Bu tarixdən sonra ediləcək imtinalarda ödəmə edilməyəcəkdir. Bütün geri ödəmələr konqres bitdikdən sonra ediləcəkdir.

 

Ünvan

Khagani Rustamov Street, 4C Khatai District, Baku 1000, Azerbaijan

Təşkilatçı şirkət

 www.medvoyage.az

 info@medvoyage.az

 +99455 224 80 85

Elmi proqram

Dos. Dr. Ramil Həşimli

dr.ramilor@gmail.com

+994512012629

Prof. Dr. Cem Meço

Ankara Üniversitesi Tıp Fakültesi