>  Üzv olmaq üçün qeydiyyatdan keçin​

Hörmətli həmkarlarımız!

  “Azərbaycan otorinolarinqologiya cəmiyyəti” ictimai birliyi Azərbaycan Respublikasında qulaq-burun-boğaz və baş-boyun  xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək məqsədilə qurulmuşdur. Cəmiyyət hər bir Azərbaycan otorinolarinqoloqunun ikinci evidir. 

 

 Qarşımıza qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakılar planlanır:

  • Otorinolarinqoloqların biliklərini artırmaq və dünya otorinolarinqologiya  elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək;

  • Azərbaycanda qulaq-burun-boğaz xəstəliklərinin yayılması səbəbini öyrənmək;

  • Otorinolarinqoloqların peşəkarlıq səviyyəsini artırmaq;

  • Azərbaycan otorinolarinqoloqları ilə xarici ölkələrin otorinolarinqoloqları arasında əməkdaşlığının inkişafına kömək etmək.

​Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün:  

  • Elmi araşdırmalar aparılması, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edilməsi;

  • Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurulması və onlarla birlikdə layihələr həyata keçirilməsi planlaşdırılır.

   Bütün bunların həyata keçməsi üçün bütün məsləkdaşlarımızı əl-ələ tutaraq AOC ətrafında birləşməyə, öz bilik, təcrübə və bacarıqlarını bölüşməyə dəvət edirik!

 

Hörmətlə:                   Prof. Dr.  Nazim Hüseynov
                   Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri

​​​​​​​